Beyləqanda yol qəzası baş verib

Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat daxil olub. "MAZ" markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:40-da başa çatıb. 

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>