6 avtomobili birdən soydu - BAKIDA

 

Bakı şəhər sakini R.Əliyevin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən H.Zəkiyev tutulub.

 

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhər sakini Rəsul Əliyevin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən Hikmət Zəkiyev Qaradağ Rayon Mühafizə İdarəsinin və 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Ətrafında aparılan tədbirlərlə onun avqustun 15-dən sentyabrın 7-dək olan müddətdə Qaradağ rayonu ərazisində 6 avtomobildən içərisində şəxsiyyət və sürücülük vəsiqələri, bankomat kartı və digər sənədlər olan pulqabı, maqnitafon, akkumulyator, habelə 1 evdən 500 manat oğurlaması da müəyyən edilib.

LENT

21 Sentyabr 2017

Digər xəbərlər >>>