Sizin link burada

Saakaşvili Ukraynada mitinqlərə başlayır - YENİLƏNİB

 

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin sentyabrın 13-də Ukraynanın Çernovtsı şəhərində mitinq keçirəcəyini bəyan edib.

 

APA-nın məlumatına görə, M. Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.

 

"Ukraynada dəyişikliklər Çernovtsıdan başlanacaq", - deyə o qeyd edib.

 

M. Saakaşvili vətəndaşları saat 18.00-da şəhərin Mərkəzi meydanına çağırıb.

 

**

 

12:02

 

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Lvovdan yoxa çıxıb.

 

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, dünən gecə Lvovda qaldığı hoteldən çıxan M.Saakaşvili geri qayıtmayıb.

 

Sabiq qubernatorun cangüdənləri bildirib ki, o, iş dalınca gedib. Ancaq vəkili onun öz istəyi ilə hoteli tərk etdiyini, yoxsa aparıldığını dəqiq bilmədiyini qeyd edib. Vəkil sabiq qubernatorun Çernovtsı şəhərinə getdiyini təxmin etdiyini bildirib.

 

Məlum olan odur ki, M.Saakaşvili hoteldən "Donbas" taborundan olan silahdaşları ilə birgə mikroavtobusda gedib. Onları aparan mikroavtobus bu gün səhər hotelə qayıtsa da, Saakaşvili geri dönməyib.

 

Qeyd edək ki, M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb. O, 18 sentyabrda məhkəmə qarşısına çıxmalıdır.

 

Onu da əlavə edək ki, M. Saakaşvili sentyabrın 13-dən başlayaraq Ukraynanın bütün bölgələrini gəzəcəyini bəyan etmişdi. Bu gün onun Çernovtsı şəhərində mərkəzi meydanda görüş keçirməsi planlaşdırılır.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>