4 liftin əyləc dolaqlarını oğurlayan tutuldu

 

 

 

Sentyabrın 10-na keçən gecə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki yaşayış binalarının birindəki liftin əyləc dolağı oğurlanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Renat Ələkbərov tutulub. Ətrafında aparılan tədbirlərlə onun avqustun 31-dən sentyabrın 11-dək olan müddətdə qəsəbə ərazisində daha 3 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>