Sizin link burada

Sankt-Peterburqda atışma: həmyerlimiz güllələndi

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı qətlə yetirilib.
 
APA-nın "konkretno.ru" saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 12-si yerli vaxtla saat 23.05 radələrində Novoe Devyatkino qəsəbəsi Məktəb küçəsi 94 ünvanında  atışma olduğu barədə polisə məlumat daxil olub.
 
Polisə məlumat verən şahid beş atəş səsi eşitdiyini bildirib.
 
Hadisə yerindən Azərbaycan vətəndaşı yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Lakin onu xilas etmək mümkün olmayıb.
 
Polis əməkdaşları "isti izlər"lə qətli törətməkdə şübhəli bilinin 47 yaşlı işsiz kişini saxlayıblar.
 
Ondan "Sayqa" karabin tüfəngi götürülüb. Silah polisdə qeydiyyatda olub.
 
Qətlin motivi müəyyənləşdirilir.
 
Öldürülən şəxsin hadisənin baş verdiyi ünvana qonaq gəldiyi məlum olub. O, siqaret çəkmək üçün həyətə çıxanda güllələnib.  
 
Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>