Sizin link burada

Prokuror gecə klubundakı qətllə bağlı ağır cəza istədi

 

 

Gecə klubunda müştərini mahnıya görə qətlə yetirməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında V.İbrahimovun 10 iı 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu İbrahimov işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb. Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib. Hadisə səbəb müştərinin oğru dünyasına aid mahnı sifariş etməsi ilə əlaqədar olduğunu bildirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1(qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başladılıb.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>