Sizin link burada

Apamark şirkəti Hərrac Mərkəzinin loqosunu təqdim etdi

 

 

Azərbaycanda marketinq sahəsində öz dəsti xətti ilə seçilən Apamark Marketinq və PR şirkəti daha bir sifarişin öhdəsindən layiqincə gəlməyi bacardı. Yaxın zamanlarda fəaliyyətə başlayacaq Hərrac Mərkəzi ASC öz loqosunun hazırlanması Apamark şirkətinə həvalə etmişdir.

 

Sifariş əsasında Apamark şirkəti tərəfindən Hərrac Mərkəzi ASC-yə “Alfabetik” və “İkonik” üslubda 5 fərqli loqo konsepti hazırlanaraq təqdim olunmuşdur. Sifarişçinin seçdiyi “Alfabetik” loqo konseptinin hazırlanmasında hər iki söz birləşməsinin baş hərflərindən istifadə olunmuşdur. HM hərf birləşməsinin kənarındakı böyük kvadrat məkanı, ikinci kvadrat isə məkanın içərisindəki hərəkətliliyi, dinamikanı əks etdirir.  

Apamark şirkətinin satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə yeni və ya fəaliyyətdə olan şirkətlərin öz işlərini bizə etibar etməsi Apamark şirkətinin peşəkarlığına verilən dəyərin göstəricisidir. İcra etdiyimiz layihələrin həcmindən asılı olmayaq biz hər zaman ortaya keyfiyyətli iş qoymağa çalışmışıq və buna da hər dəfə nail oluruq. Yeni loqo yaxın zamanda fəaliyyətə başlayacaq quruma aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaqdır.

Qeyd edək ki, Apamark Marketinq və PR şirkəti yaxın zamanlarda Hərrac Mərkəzi ASC yeni rəsmi saytının hazırlanması üzrə işlərə start verməyi planlaşdırır.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>