Sizin link burada

Maduro müxalifətlə dialoqa razılıq verdi

Venesuela prezidenti Nikolas Maduro hökumətin müxalifətlə danışıqlarda iştirak edəcəyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N.Maduro bu barədə nazirllərlə keçirdiyi görüş zamanı bildirib.  Danışıqların aparılmasının təşəbbüskarı İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero və Dominikan Respublikasının prezidenti Danilo Medina olub.

 

“Bildirmək istərdim ki, bu dialoqun təşəbbüskarı özüm olmuşam və mən dialoqun keçirilməsinə dair yəni təklif irəli sürürəm”, - deyə Maduro bəyan edib.   

 

N.Maduronun sözlərinə görə, müxalifətlə görüşdə onu hökumətdən nümayəndə heyətinə rəhbərlik edəcək Xorxe Rodriqes (sabiq vitse-prezident) təmsil edəcək.    

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>