Sizin link burada

ABŞ yenidən Rusiyaya qarşı tələb irəli sürdü

ABŞ Abxaziya və Cənubi Osetiyada sərhəd-keçid məntəqələrinin bağlanmasından narahatdır və   Rusiyadan Abxaziya və Cənubi Osetiyadan qoşunları çıxarmağı tələb edir.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə müdafiə və təhlükəsizlik üzrə işçi qrupunun Vaşinqtonda keçirilən iclasının yekunlarına dair ABŞ və Gürcüstanın birgə bəyanatında deyilir.  Qeyd olunan işçi qrup ikitərəfli strateji dialoq üzrə komissiyanın çərçivəsində yaradılıb.  

 

“ABŞ keçidlərin bağlanılmasından və “demarkasiya işləri” adı altında aparılan tədbirlərdən  böyük narahatlıq ifadə ediblər”, - deyə bəyanatda bildirilir.   

 

İclas iştirakçıları 2008-ci il tarixli atəşkəs sazişinə uyğun olaraq Rusiyadan Gürcüstana məxsus olan Abxaziya və Cənubi Osetiya bölgələrindən qoşunların çıxarılmasını yenidən tələb ediblər.  

 

“ABŞ Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb”, - deyə bəyanatda bildirilir.  

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>