Sizin link burada

DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 20% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 707 mln. 965,31 min manat daxil olub.
 
"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 281 mln. 705,80 min manat və ya 19,75% artıb.
 
Bu ilin 8 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 448 mln. 041,54 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 183 mln. 284,94 min manat, aksizlər üzrə 53 mln. 983,50 min manat, yol vergisi üzrə isə 22 mln. 655,33 manat təşkil edib.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>