Aygün Kazımova jurnalistlərlə görüşdə NƏLƏR DEDİ? - FOTOLAR

Xalq artisti Aygün Kazımova media nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, müğənni sentyabrın 22-də “Krystal hall”da baş tutacaq solo konserti ilə bağlı sualları cavablandırıb. Tədbiri sənətçinin mətbuat katibi Aynur Hacıyeva açaraq “Milyonluq layihə üzərində çalışırıq. 60-70 nəfərdən ibarət komanda var. Səhər hamıdan tez məşqə özü gəlir. Gecə də hamıdan sonra buradan çıxır” sözlərini deyib. A.Kazımova konsertinin musiqi prodüseri, əməkdar artist Rəşad Haşımovdan danışıb: “Rəşadla bir neçə layihəmiz olub. Bizi bağlayan çox amillər var. Bu layihədə mənim üçün önəmli olan insanlardan biridir. Yaradıcılıq həyatımda bir çox layihələrə birlikdə imza atmışıq. Repertuar seçimi çox çətin idi. Köhnə mahnıların hamısı yeni aranjimanda olacaq. Rəşadla birlikdə dəfələrlə zəngləşib, görüşürdük. Mən orada 50 mahnı oxuya bilmərəm. Konsertimizin məqsədi başqadır. Nələrəsə tabeyik, çərçivədən çıxa bilmirik. Səs rejissorumuz Jerar Albodur. Jerar dünya ulduzları ilə çalışıb. Onun bizimlə çalışması Allahdan bir işdir. Elə oldu ki, həmin tarixdə qrafiki boş oldu”.

 

Kazımova bildirib ki, konsert günü 10 ədəd avtobus ayrılıb. Və onlar tamaşaçıları tədbirin baş tutacağı məkana pusluz çatdıracaq. Son günlər xeyli çəki atmasıyla diqqət çəkən A.Kazımova necə arıqlamasının sirrini açıb: “Mənim üçün önəmlisi yaxşı görünmək və sağlam olmaqdır. Əgər bir neçə ay əvvələ qayıtsanız, görərsiniz bu layihəni nə vaxt başladım. Belə yazmışdım: həyatımı sıfırladım. İlk addımı özümdən başladım. Böyük sevgi, əzm, məşqlər 8 ay ərzində məni bu çəkiyə gətirib çıxardı. Hər kəs bu layihəyə ürəyini qoyub”.

 

Müğənni gələcək layihələrindən də söz açıb: "Hər zaman konsert bitəndən sonra mən depressiyaya düşürəm. İndi yolunu tapdım. Red Bentifor ilə işbirliyimiz davam edəcək. Bu dəfə depressiyaya düşməyəcəm. Düşünürəm ki, o mənim növbəti şanslarımdan biridir".

 

Aygün sentyabrın 22-ni seçməsinin maraqlı səbəbini bölüşüb: "Bu həyatda maraqlı şeylər baş verir. Heç nə təsadüf deyil. Bir gün bütün günü məni 22 rəqəmi izlədi. Elə ayın da 22-si idi. Bir dostum Almaniyadan mənə villa fotosu atdı və təbrik etdi. Deyir, ən bahalı küçədə villa almısan. Deyirəm, məndə bu bəxt hardadı? Villaya baxıram ki, üstünə "Aygün 22" yazılıb. Deyirlər ki, Aygün 4 ildir bu evi alıb, qızı ilə tez-tez gəlir bura. Həmin gün saata baxıram 22, hesablayıram 66 gəlir. Deyirəm, yox, bu işdə mənə şeytan kömək edə bilməz. Dostumla yazışanda saata baxıram ki, 22:22. Beləcə, konsert oldu 22 tarixində". İfaçı konsertdə heç bir duet ortağının olmayacağını söyləyib: "Yalnız özüm mahnılar səsləndirəcəm. Bir reper həmin gün mənimlə səhnəni bölüşəcək. Gənc və istedadlı biridir. Komandamızın bir üzvüdür. Kimliyi gizli qalsın. Elə o səhnədə də ona xeyir-dua verəcəm". Red Bentifor isə A.Kazımova haqqında bunları deyib: “Bir dostum vasitəsiylə əlaqə qurdum, mənim üçün bu böyük görüş idi. Bundan şad oldum. Bu işbirliyi bir başlanğıcdır”. 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>