Bu ilin 8 ayında avtoqəzalarda xəsarət alanların sayı keçən ilə görə artıb

2017-ci ilin ilk 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 455900-dən artıq ümumi müraciət daxil olub. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, müraciətlərin 43070-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıqdır.

 

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çoxdur. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 254230, ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 50267, miokard infarktı ilə müraciətlərin sayı 577, insultla müraciətlərin sayı 2497, doğuşla bağlı müraciətlərin sayı 2087, zədələnmələrin ümumi sayı 14072, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1587, hospitalizasiya 1393 olub ki, bu rəqəmdə də keçən illə müqayisədə artım qeyd edilir. BŞT və TTYS-nın bölmələrinə birbaşa müraciətlərin sayı 25206, hospitalizasiya 2360 olunub.

 

Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 40 müraciət olmuşdur və 39 halda hospitalizasiya icra edilib. Bunlardan 6 nəfəri uşaqdır və hamısı hospitalizasiya edilib.

 

Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-dən artıq körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib. 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>