Sizin link burada

Müdafiə naziri Milli Qəhrəman Albert Aqarunovun qardaşı ilə görüşüb

İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb. Lent.az-aın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A. Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb.

 

Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilib, torpağı uğrunda döyüşüb, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.

 

 
R. Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>