Sabaha olan hava proqnozu açıqlandı

 

Sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacağı, şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 10-15°, gündüz  20-25° isti olacağı gözlənilir.

 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>