Polis 1500 ədəd qarğıdalı oğurlamış şəxsi yaxaladı

Saatlıda külli miqdarda qarğıdalı oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 8-də Potubəyli kənd sakini Sərdar Nəzərova məxsus torpaq sahəsindən 1500 ədəd qarğıdalı oğurlamaqda şübhəli bilinən həmkəndlisi Rahib İbayev tutulub.

 

Araşdırma aparılır.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>