İctimai nəqliyyatla bağlı şikayətlərə daha tez cavab alacaqsız - BNA

Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinin yeni saytı ALO141.az fəaliyyətə başlayıb. Bu barədə Lent.az-a BNA-nin mətbuat xidməti Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, ALO141.az multifunksional bir portal olaraq, istifadəçilərə Bakı şəhərinin ictimai nəqliyyatından istifadə, eyni zamanda, digər əhəmiyyətli məlumatları təqdim edir.

 

Sayt 3 dildə - Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilir. Əsas menyuda siz, BNA-nın ALO141 Çağrı Mərkəzi haqqında ümumi məlumatla, paytaxtın ictimai nəqliyyat sistemində ən son xəbərlərlə və ən çox soruşulan sualların cavabları ilə tanış ola bilərsiniz.

 

Hal-hazırda portalda 6 əsas bölmə işlənib hazırlanmışdır. Gələcəkdə istifadəçilərin də fikirləri və təklifləri nəzərə alınmaqla, digər faydalı bölmələrin də istifadəyə verilməsi nəzərdə tutulur.

 

Bundan əlavə, ALO141 Çağrı Mərkəzinə telefon vasitəsilə olan müraciətlərlə yanaşı, portalda məhz "Şikayət və təkliflər" bölməsi ilə istifadəçilər BNA-nə rəsmi müraciət edə biləcəklər. Bu bölmədə ictimai nəqliyyat ilə bağlı hər növ təklif və ya şikayətləri həftənin 7 günü 24 saat olmaqla ad, soyad, telefon nömrəsi və müraciətin aid olduğu kateqoriyanı seçməklə ünvanlaya bilərlər.

 

Sayt haqda əlavə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.

 

http://alo141.az/az

 

Qeyd edək ki, qaynar xəttə hər gün orta hesabla 250-300 zəng daxil olur. Bunların 65 %-i şikayət, 34 %-i məlumat və 1 %-i təklif xarakterli sorğulardır. Bütün müraciətlər operatorlar tərəfindən qeydə alınır.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>