Sizin link burada

(R) 2017-ci ilin marketinq ab-havası: nələr gözlədik, nələr qazandıq?      

2017-ci ilin böyük bir qismi geridə qalıb. Son aylar ölkə iqtisadiyyatının ötən ilki devalvasiya həyəcanından sonra yenidən özünü toparlaması, yeni biznes mühitə uyğunlaşması müşahidə olunur. Belə ki, 2016-cı ildə baş vermiş iki devalvasiya dalğasından sonra Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlər qarşılarına artıq daha dəqiq hədəflər və məqsədlər qoyur.

Buna bariz nümunə kimi ilk yarım ildə "ACT Azərbaycan" olaraq şirkətlərdən aldığımız marketinq araşdırmaları sifarişlərini misal çəkə bilərik. İstər yerli, istərsə də xarici şirkətlər bazarı daha yaxından izləmək və öyrənmək üçün müxtəlif kəmiyyət və keyfiyyət tədqiqatlarına müraciət edir.

"ACT Azərbaycan" son yarım ildə yerli və xarici özəl və qeyri özəl, eləcə də beynəlxalq araşdırma, konsaltinq və reklam şirkətləri ilə əməkdaşlıq edib. Bu ilin ilk rüblərində Azərbaycan biznes mühitində araşdırma sahəsinə müraciət edən şirkətlər əsasən kommunikasiya, pərakəndə, dəb, əyləncə, tikinti, FMCG və digər  sektorlarını təmsil edirlər. Şirkətlər əsasən xidmət keyfiyyətinin yoxlanılması, brendin izlənilməsi, müştəri məmnuniyyəti və ümumi bazar araşdırması kimi xidmətlərdən yararlanıblar.

 

Bahalı taksidən düşüb, ucuz avtobusa mindik

"Omnibus" layihəsinə start verildi

 

Ötən il baş vermiş devalvasiya səbəbindən yerli şirkətlərin marketinq araşdırmalarına və ümumiyyətlə marketinq fəaliyyətinə ayırdıqları büdcənin nisbətən azalması və daha qənaətli istifadəsi səbəbindən "ACT Azərbaycan"  "Omnibus" adlı yeni layihəsini tədqim etdi. Layihə şirkətlərə marketinq araşdırmaları xidmətlərini aşağı qiymətdə əldə etməyə imkan verir. Təqdim olunan layihəyə eyni anda onlarla şirkət araşdırmaq istədiyi mövzularla qoşula və cavab ala bilər. Layihənin özəlliyi budur ki, şirkətlər marketinq araşdırmaları üçün ayırdıqları  vaxta və büdcəyə qənaət edir.

 

"Diqqət ! Diqqət ! Danışır "ACT Azərbaycan" !"

"ACT TV" fəaliyyətə başladı

 

"Omnibus" ilə birlikdə həmçinin "ACT TV" layihəsinin də təqdimatı baş tutdu. Layihənin məqsədi marketinq icmasını yaxından tanımaq və tanıtmaq, həmçinin  marketinq və marketinq araşdırmaları ilə bağlı süjetlər, ictimai rəy sorğularının video təqdimatlarını marketinqlə maraqlanan hər kəslə paylaşmaqdır. 

Hər iki layihənin təqdimatı aprel ayının 19-u JW Marriott Absheron Baku otelində baş tutdu. Təqdimatda Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkət nümayəndələri, marketoloqlar iştirak etdi.

 

 “ACT Azərbaycan” şirkəti medianı da unutmadı. Belə ki, şirkət 22 iyul Milli mətbuat günü münasibətilə yerli media nümayəndələrini bir araya topladı. 19 iyulda "Megafun" əyləncə mərkəzində baş tutan “Media Party”yə aparıcı media orqanlarının nümayəndələri qatıldı.

Yığıncağın məqsədi həm media nümayəndələri ilə birlikdə milli jurnalistika gününü qeyd etmək, həmçinin jurnalistləri iş prosesi zamanı müraciət etdikləri peşəkar araşdırma və sorğular haqqında məlumatlandırmaq idi. Tədbirə maraq qatan isə “ACT Azərbaycan”ın növbəti “Newsletter” Sosial Sorğusunun mövzularının jurnalistlər tərəfindən təyin olunması oldu. Jurnalistlər onları maraqlandıran mövzularda sualları müzakirə edərək öz təkliflərini verdilər. Araşdırma şirkəti təklifləri nəzərə alaraq yaxın 2 ay ərzində jurnalistlərin sualları əsasında peşəkar sorğu keçirib nəticələri media ilə paylaşacaq.

 

"Danışır Bakı!"

Bakı şəhərini əhatə edən sosial sorğu layihəmiz - "Newsletter" davam edir

 

"Newsletter" layihəsi bu il də uğurla davam edir. "ACT Azərbaycan" şirkətinin  korporativ sosial məsuliyyətinin bir hissəsi olan sosial sorğu layihəsində Bakı sakinlərinin aktual mövzulara olan münasibəti öyrənilir. Əsasən sosial, iqtisadi və əyləncəli mövzulara toxunan layihənin nəticələri ictimaiyyətə də açıqdır. Belə ki, hər həftənin cümə axşamı nəticələr "ACT Azərbaycan" sosial media, eləcə də  media orqanları - saytlar, xəbər agentlikləri tərəfindən paylaşılır. Qeyd edək ki, 2017-ci ildən etibarən ictimai rəy sorğularımızın ölkənin ondan çox aparıcı media qurumu tərəfindən yayımlanır. 

 

Oxumaq, oxumaq və bir daha oxumaq!

Öyrənərək öyrədirik

 

Fəaliyyət göstərdiyimiz sahənin spesifik və yerli mühit çərçivəsində dar olduğunu nəzərə alaraq gənclərə, araşdırma sahəsi ilə yaxından maraqlanan insanlara tez-tez müxtəlif təlimlər təşkil edirik. Ödənişsiz keçirilən təlimlərin əsas məqsədi insanları araşdırma sahəsi ilə yaxından tanış eləmək, maarifləndirmək və onlarda bu sahəyə maraq oyatmaqdan ibarətdir.

 

"ACT Azərbaycan" kollektivi təlimlər keçirməklə yanaşı həm də özü daima üzərində çalışır, bunun üçün müxtəlif təlim və treninqlərə qatılır. Bu yay da istisna olmayıb. Belə ki, "ACT Azərbaycan" BMT-in İnkişaf Proqramının Praqada həyata keçirdiyi "Data visualition" adlı uzunmüddətli treninqinə qatılıb. Jurnalistlərin və datalarla çalışan digər peşə sahiblərinin qatıldığı treninqdə  məlumatların əldə olunması və təmizlənməsi, analiz və interpretasiyası kimi sahələrdə bilik və təcrübələr paylaşılıb. Təlimləri “Reuters”, “CNN” kimi xəbər agentliklərinin mütəxəssisləri keçib. Seminarda Azərbaycandan da nümayəndə heyəti iştirak edib. İştirakçılar arasında “ACT Azərbaycan” şirkəti də yer alıb.

 

"ACT Azərbaycan" 2017-ci ilin sonunadək bir neçə marketinq tədbirinin və seminarının həyata keçirilməsini planlaşdırır. Bu və digər xəbərlər haqqında daha ətraflı məlumatı sosial media hesablarımız və media vasitəsilə əldə edə bilərsiniz.  

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>