Sizin link burada

Günel Səfərova: "ATƏT yalnız Şərqə baxır, Qərbi görmür"

“Azərbaycanın işğal olunmuş ərazisi olan Qarabağa ATƏT-ə üzv ölkələrdən 120 jurnalist qanunsuz səfər edib. Maraqlıdır, hansı maliyyə vəsaiti ilə və niyə Azərbaycan dövlətindən icazə alınmadan?” Lent.az-ın məlumatına görə, bunu “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında deyib.

 

“Tədbirdə məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil KİV haqqında kifayət qədər danışıldı. Jurnalist təhlükəsizliyindən danışılırsa, erməni silahlı qüvvələri 5 jurnalistimizi öldürüb və əlbəttə, onların adı xarici hesabatlarda olmayacaq. Dinc sakinlərin öz evlərində ermənilər tərəfindən öldürülməsi faktı varsa, jurnalist təhlükəsizliyindən necə danışmaq olar?” - deyə G. Səfərova əlavə edib.

 

2 yaşlı Zəhranın və nənəsinin öz evlərində ermənilər tərəfindən öldürüldüyünü xatırladan icraçı direktor "ATƏT-in yalnız Şərqə baxdığını, Qərbi görmədiyini" qeyd edib: “Qərbdə ksenofobiya, dini ayrı-seçkilik və miqrantlara qarşı sərt davranışı kimsə görmür. Biz problemləri konstruktiv yolla həll etmək istəyiriksə, ikili standartlardan qaçmalıyıq”.

 

G.Səfərovanın çıxışı toplantıda iştirak edən erməniləri qəzəbləndirdiyi üçün onlar yerdən replikalar ataraq, G. Səfərovanı hakimiyyəti dəstəkləməkdə ittiham ediblər, hətta 5 jurnalistin ölümünü "normal hal" adlandırıblar.  

 

Günel Səfərovanın onlara cavabı qısa olub: “Həqiqəti söyləmək sizi ifşadır”.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>