Sizin link burada

Avropada Azərbaycan futbol klubu yaradıldı

Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə Almaniyanın Köln şəhərində,  “AZE Nakhchivan” SK futbol klubu yaradılıb. Assambleyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılması, eyni zamanda professional futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir.

 

JugendSport Köln-96  (Gənclərbirliyi) klubunun baş direktoru, alman vətəndaşı, futbol mütəxəssisi Aydın Karaca “AZE Nakhchivan” SK  futbol klubunun rəhbəri, “DSK” futbol klubunun baş məşqçisi Serdar Demir klubun icraçı direktoru, klubun rəhbərinin müavini Nana İzak (Qanalı futbol mütəxəssisi), Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs, Araz Naxçıvan futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib.

 

Klubun daha bir uğuru isə artıq kluba aid stadionların, futbol üçün geniş imkanlarının olmasıdır. Belə ki, klubun 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir. Bütün bunlar Köln Bələdiyyəsinə aid olsa da klub bütün görüş, təlim məşqlərini burada keçirəcək.

 

İclasda klubun nizamnaməsi, fəaliyyət proqramı , loqosu qəbul olunub və yaxınlarda klubun təqdimat mərasiminin keçirilməsi qərara alınıb.

 

Klubun yaradılması ilə bağlı rəsmi sənədlər bir neçə gün içərisində Almaniyanın müvafiq qurumlarına təqdim olunacaq. 

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>