Meksika iki dəfə silkələndi

Meksika sahillərində, Sakit okean akvatoriyasında bir-birinin ardınca 5,6 maqnitudalı iki zəlzələ baş verib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk zəlzələ Tapaçula şəhərindən 134 km qərbdə qeydə alınıb. İkincisi  Xuçitan şəhərindən 150 km şimal-şərqdə baş verib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 96 nəfər ölüb, 200-ü müxtəlif dərəcəli xəsarətlər alıb. 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>