Kilsədəki müqəddəs suyu konyakla əvəzlədilər

Fransanın Şato-Şalon kəndində naməlum şəxslər kilsədəki müqəddəs suyu konyakla əvəz ediblər.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, insident avqust ayının sonunda baş versə də, bu haqda ancaq ötən cümə günü məlum olub. Turistlər kilsəyə daxil olanda spirtli içki qoxusunu hiss ediblər. Onlar bələdçidən bu qoxunun mənbəyi haqda soruşublar.

 

Yerli hakimiyyət orqanları şəxsi araşdırma apararaq müəyyən ediblər ki, içində müqəddəs su olan qaba bir litr konyak boşaldılıb. Kilsədə təhlükəsizlik xidməti yoxdur. Bu baxımdan da baş verənləri dərhal fərq etmək mümkün olmayıb. “Bu, məni güldürdü. Hesab edirəm ki, bunu edənlərin yumor hissi olduqca güclüdür və onlar adət-ənənələrdən hansısa formada qopmaq istəyirlər”. Bunu da Şato-Şalon meri Kristian Vuilyem deyib. Onun fikrincə, bu zarafat çoxlarını güldürüb və olduqca xoşməramlı olub.

 

İçi konyakla doldurulan qablar yenidən təmizlənib və tərkibinə müqəddəs su tökülüb. Bu insidenti törədənlərin kimliyi isə hələ də müəyyənləşməyib.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>