Sizin link burada

Şimalı Koreyaya qarşı yeni sanksiyalar tətbiq edildi

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının üzvləri ABŞ tərəfindən hazırlanan qətnaməni yekdilliklə dəstəkləyiblər.

 

Qərarla KXDR-dən tekstil mallar almaq qadağan edilir, qaz kondensatı tədarükünə embarqo qoyulur, həmçinin ölkəyə xam neftin idxalı məhdudlaşdırılır.

 

Qeyd edək ki,  əvvəl rəsmi Vaşinqton həmçinin Şimali Koreyaya qarşı neft embarqosunun qoyulması, Kim Çen İnin aktivlərinin dondurulmasını və onun xaricə səfərinin qadağan edilməsini təklif edirdi.

 

Sentyabrın 2-də Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib. İki gün sonra ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə  BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Qətnamə layihəsi üzrə müzakirələr bir həftə davam edib.

 

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>