ABŞ-da fövqəladə vəziyyət rejimi uzadıldı

ABŞ prezidenti Donald Tramp  11 sentyabr 2001-ci il terror aktlarından sonra  ölkədə elan edilən fövqəladə vəziyyət rejimini bir il uzadıb.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

Sərəncamda qeyd olunur ki,  fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması ölkədə terror aktı təhlükəsinin indiyədək qalması ilə əlaqədardır. Hazırkı rejimin müddəti 2017-ci ilin sentyabrın 14-də başa çatacaqdı.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>