Türkiyədə traktor aşdı - 16 yaralı

Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə  Saruhanlı rayonunda qeydə alınıb.

 

Kənd təsərrüfatı işçilərini daşıyan qoşqulu traktor yoldan çıxaraq su kanalına aşıb. Hadisə  nəticəsində traktorun sürücüsü daxil olmaqla 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>