İki rayonda qaz olmayacaq

“Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, sentyabrın 12-i, saat 07:00-dan 3  gün müddətində “Quba” və “Xaçmaz” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”-ə verilən məlumata görə, təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.

 

Göstərilən müddət ərzində təmir işləri  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>