Sizin link burada

“Sumqayıt” “Neftçi”ni yenə xalsız qoydu

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 4-cü tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə “Sumqayıt” “Neftçi” ilə qarşılaşıb.

 

Görüş “kimyaçılar”ın minimalhesablı qələbəsi ilə başa çatıb.

 

Müşviq Rzayev 60-cı dəqiqədə fərqlənib. Bu iki klubun əsas komandaları arasında ötən gün keçirilən matçında da meydan sahibləri qələbə qazanmışdılar – 1:0.

 

Qeyd edək ki, turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Səbail” - “Qarabağ” 2:0, “İnter” - “Kəpəz” 2:2, “Qəbələ” - “Zirə” 1:0.

 

 

 

Əvəzedicilərin çempionatı
4-cü tur
11 sentyabr

 

“Sumqayıt” - “Neftçi” – 1:0

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>