Sizin link burada

Əməkdar artist 4-cü dəfə əməliyyat olundu: "Damarlarım çürüyür"

"Natiq" ritm qrupunun rəhbəri, əməkdar artist Natiq Şirinov səhhəti barədə danışıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən nağara ifaçısı bildirib ki, bir müddət öncə damarları çürüyürmüş: “Xırda damarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olundum. Çox nağara çalmaqdan olub. Bir dəfə də nağaranın kənarı sümüyə dəydi, damarlar tutuldu. Əməliyyat İranda baş tutdu. Bilirəm ki, canımı verən də, alan da Allahdır. Bilirəm ki, elə bununla da gedəcəm".

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>