Mustafa Ceceli Bakıda Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyəli müğənni Mustafa Ceceli dünən Bakıya gəlib.

 

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi Fərhad adlı azərbaycanlı biznesmenin oğlunun nişan mərasiminə qatılıb.

 

Bu gün isə Mustafa “Şəhidlər xiyabanı”nı ziyarət edib. Daha sonra isə o, aktrisa Məlahət Abbasovanın “Məlahətli söhbətlər” verilişinin çəkilişinə qatılıb.

 

Qeyd edək ki, Ceceli paytaxtımıza bəstəkar Kəmalə Qasımovanın dəvəti ilə gəlib. O, Mustafa üçün mahnı da yazıb. Mahnı nişanı olan Fərrux və Güləndam cütlüyünə həsr olunub. Bəstənin klipində toydan görüntülər yer alacaq. Fərrux və Güləndam eyni zamanda K.Qasımovanın qohumudur.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>