Sizin link burada

Yağış, külək - Sabahın hava PROQNOZU

Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə  18-22° isti, gündüz  28-32° isti, Bakıda gecə  20-22°, gündüz  29-31° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 14-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, yağış yağacağı gözlənilir, gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  18-23° isti, gündüz  30-35°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>