Aygünün başına iş gəldi: "Əlimdən və ayağımdan zədələr almışam"

Xalq artisti Aygün Kazımova sentyabrın 22-də "Crystal Hall"da verəcəyi konsertin hazırlıqlarına başlayıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla”ya danışan müğənni bildirib ki, bu konsert səhnə fəaliyyətinin 30 illik hesabat konserti olacaq. Müğənni konsertin məşqləri zamanı bir çox zədə alıb. O, bunlar barədə belə danışır: 

 

"Əlimdən və ayağımdan zədələr almışam. Bu da normaldır. Etiraf edim ki, bu zədələrdən, bədənimdə olan göyərmələrdən həzz alıram. Bu səhnə və məkan çox gözəldir. Çox xoşbəxtəm ki, bu yaşımda, yaradıcılığımın bu dövründə sağlam komanda ilə çalışıram. Komandamız isə həddən artıq böyükdür. İllərdir ki, bir arzum var. Səhnədə qanad açıb uçmaq. Bu konsertimizdə bunların hamısı baş tutacaq. Bir etiraf da edim ki, heç bir konsertdə bu cür hazırlıqlı olmamışam. Bu sözləri böyük cəsarətlə söyləyirəm".

 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>