Heydər Əliyev prospektində ağır qəza: ölən var - YENİLƏNİB

Bakıda baş vermiş qəzada ölən piyadanın kimliyi müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 11-nə keçən gecə Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Malik Rəcəbovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:04

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində "Mitsubishi" markalı minik avtomobili yolu keçməyə çalışan 55-60 yaşlı kişini vurub. Sürətlə hərəkət edən avtomobilin altında qalan piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>