Sizin link burada

Saakaşvili Lvova gəldi

Ötən axşam Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Lvov şəhərinə gəlib.

 

APA-nın məlumatına görə, bu barədə “Newsone” telekanalı xəbər verib.

 

Saakaşvili hələ ki, hər hansı planının olmadığını bildirib: “Həyat yoldaşım və oğlumu gözləyəcəyəm. Başqa bir planım yoxdur”.

 

Bundan əvvəl Polşa-Ukrayna sərhədində Saakaşvilinin tərəfdarları ilə onun Ukrayna ərazisinə keçməsinə mane olmağa cəhd edən sərhədçilər arasında qarşıdurma baş verib. Daha sonra polis kordonunu yaran tərəfdarlarının müşaiyət ilə M.Saakaşvili Ukrayna ərazisinə daxil olub.

 

Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>