"Çelsi"nin kapitanı: “Qarabağ”a qeyri-ciddi yanaşa bilmərik”

Bir neçə oyunda zədə səbəbindən meydana çıxa bilməyən Qari Keyhil artıq tam gücü ilə oynamağa hazırdı. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “Çelsi”nin müdafiəçisi Çempionlar Liqasında yenidən mübarizə aparmaq üçün səbirsizliklə gözlədiyini qeyd edib.

 

O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində milli komanda ilə keçirdiyi iki oyunu fiziki formasının bərpa etməsi baxmından çox köməyinə çatdığını deyib. Keyhil qitənin ən nüfuzlu klub turnirində qarşılaşacaqları ilk rəqib – “Qarabağ” haqqında da danışıb: “Yenidən layiq olduğumuz yerə qayıtdığımız üçün şadıq. Çempionlar Liqası kimi müsabiqələrdə çıxış etmək vacibdi və əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq. İlk rəqimiz “Qarabağ” ÇL-də oynamağa haqq qazanıbsa, onlara qeyri-ciddi yanaşa bilmərik”.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>