"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlandı

"Qarabağ"ın "Çelsi" ilə İngiltərədə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin I tur matçı üçün təyinatlar açıqlanıb. Lent.az Report-a istinadən xəbər verir ki, sentyabrın 12-də keçiriləcək qarşılaşma yunanıstanlı hakimlər briqadasına həvalə olunub.

Çempionlar Liqası, qrup mərhələsi

C qrupu

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Tasos Sidiropulos

Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis

Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)

London, "Stemford Bric" stadionu

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>