Sizin link burada

Misir paytaxtında 7 terrorçu öldürüldü

Bu gün Qahirədə terror aktı törətməyi planlaşdıran terrorçular məhv edilib.

 

APA-nın “Youm7” portalına istinadən verdiyi məlumata görə, bu gün çəhər saatlarında xüsusi təyinatlılar paytaxtın əl-Aquza rayonunda antiterror əməliyyatı keçirib.

 

Rayonda terrorçuların olduğu bir yaşayış evi mühasirəyə alınıb. Terrorçuların saxlanılması zamanı üzərindəki partlayıcı qurğunu işə salmağa cəhd edən terrorçulardan biri məhv edilib. Atışma zaman evdə olan digər altı terrorçu da öldürülüb. Evdə çoxlu sayda silah və partlayıcı maddə aşkarlanıb.

 

Atışma zamanı iki polis yaralanıb. 

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>