Sizin link burada

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 11-də gözlənilən hava proqnozunu açıqlayıb. Lent.az xəbər verir ki sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə  20-23°, gündüz  27-31° isti, Bakıda gecə  20-22°, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz  55-65 % olacaq. 

 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı  ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə  18-23° isti, gündüz  30-35°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>