Saakaşvilinin tərəfdarları Ukrayna-Polşa sərhədinə cəmləşdi - FOTO

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının olduğu yüzlərlə avtomobil və mikroavtobus karvanı Ukraynanın Lvov şəhərində - Polşa ilə sərhəddə onu qarşılamağa çıxıb. Report xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd edilir ki, Saakaşvilinin tərəfdarları siyasətçinin sərhədi keçəcəyinə və buraxılış məntəqəsində sərhədçilərin keçmiş qubernatoru ölkə ərazisinə buraxacaqlarına qədər qalacağına əmindirlər.

Polis nümayəndələri bildiriblər ki, gecə ərzində Polşayla sərhəddə, buraxılış məntəqəsi yaxınlığında qanun pozuntusu və bu qəbildən olan digər hər hansı hadisə qeydə alınmayıb.

Daha əvvəl bildirilib ki, Ukraynanın polis əməkdaşları Polşayla sərhəddə Saakaşvilini gözləyərək növbə çəkməyə başlayıblar. 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>