Sizin link burada

“Real”da ağır itki: Diz bağları qırıldı

Real” ağır itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, La Liqanın hesabat turunda “Levante” ilə oyunda 1:1 hesablı heç-heçə ilə barışmalı olan “kral klubu” Karim Benzemanı da itirib.
 
 
Belə ki, görüşün gedişində zədələnən fransalı hücumçu matçı yarımçıq tərk etməli olub. Həkim müayinəsindən sonra onun diz vətərlərinin qırıldığı və 4-6 həftəlik sıradan çıxdığı bildirilib.
 
 
Bu səbəbdən Benzema La Liqada “Real Sosyedad”, “Betis”, “Espanyol” və “Alaves”ə, Çempionlar Liqasında isə APOEL və “Borussiya”ya qarşı oyunlarda forma geyinə bilməyəcək.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>