Azərbaycan Prezidenti Qazaxıstana gedib

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, onu hava limanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.

 

Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İƏT-in elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan  80 nümayəndə heyəti iştirak edəcək.

 

Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərginin rəsmi bağlanış mərasimi olacaq. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>