“Necə olacağını bilmirəm” – Robert Prosineçki

“San-Marino üzərində qələbə gözlənilən idi. Ola bilər ki, kimsə bu qədər qol vuracağımızı gözləmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiya mətbuatına müsahibə verən 48 yaşlı mütəxəssis DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə oyunundakı 5:1 hesablı qələbə və gələcək fəaliyyətindən danışıb: “Amma ümumilikdə bu nəticə çox yaxşı oldu. Həmişə qələbə qazananda hər şey qaydasında gedir. İndi seçmə mərhələni başa çatdırmağımız qalır. Sonra necə olacağını isə zaman göstərər. Müqaviləm dekabrda başa çatacaq. Yeni anlaşma barədə danışıqlara başlamamışıq. Düzünü deyim ki, necə olacağını bilmirəm”.

 

Prosineçki Xorvatiya millisinin seçmə mərhələdəki çıxışını da dəyərləndirib. Hazırda 1-ci yerdə olan komandanın nəticələrinə qiymət verən mütəxəssis adının bu komanda ilə yanaşı hallanmasına da münasibət bildirib: “Bu məsələyə dərhal aydınlıq gətirək. KİV-lərdə yayılan məlumatları bilirəm. Amma indiyədək mənimlə Xorvatiya yığmasının baş məşqçisi olmaq barədə söhbət edilməyib. Azərbaycan yığmasının baş məşqçisi olduğum vaxtda bu barədə danışmaq da düzgün olmaz. Gələcəkdə necə olacağını isə deyə bilmərəm.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>