Sabah hava necə olacaq? - PROQNOZ

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz  28-31° isti, Bakıda gecə  18-20°, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-75 %, gündüz  40-45 % olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  15-20°, gündüz  30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

 

 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>