Sizin link burada

“Qarabağ”ın rəqibinin oyunu təxirə salındı

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Roma”nın A seriyasındakı oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb hava şəraitinin kəskin pisləşməsi olub.

 

Belə ki, “canavarlar” sabah səfərdə “Sampdoria” ilə qarşılaşmalı idilər. Bakı vaxtı ilə 22:45-də başlamalı olan görüş Genuya şəhərində güclü yağış proqnozları səbəbindən təxirə salınıb.

 

Görüşün hansı tarixdə keçiriləcəyi daha sonra açıqlanacaq.

 

Qeyd edək ki, bu, A seriyasında bu mövsüm təxirə salınan ilk matç olacaq.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>