Sizin link burada

13 yaşlı qız ölümüylə dünyanı heyrətə saldı: 8 nəfər xilas oldu

İngiltərədə 13 yaşında dünyasını dəyişən Jemima Layzell adlı qız 8 nəfərin həyatını xilas edib.

 

Xəstəlikdən ölən 13 yaşlı qız orqanlarını 8 nəfərə bağışlayıb, onlardan 5-i uşaqdır. İngilis Milli Sağlamlıq Təşkilatı bunun rekord olduğunu bildirib.

 

Jemimanın ürəyi, kiçik bağırsağı üç insana köçürülüb, böyrəkləri isə iki insanın həyatını xilas edib. Qaraciyəri ikiyə bölünərək iki şəxsə, ağciyərlərindən biri başqa xəstəyə köçürülüb.

 

İngilis Milli Sağlamlıq Təşkilatı heç bir donorun bu cür çox sayda orqan bağışlamadığını bildirib.

 

(BBC)

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>