Sizin link burada

"İrma" qasırğası 22 can aldı

Karib adalarında "İrma" qasırğası qurbanlarının sayı 22-yə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Sen-Marten və Sen-Bartelmi adalarında 11, Vircin adalarında 8, Antiqua və Barbuda, Anqilya və Barbadosda 1 nəfər həyatını itirib. Ölənlərin sayının artması istisna olunmur.

 

Hazırda qasırğanın sürəti saniyədə 70 metrə çatır. “İrma” qasırğasının sentyabrın 10-da ABŞ-ın Florida ştatı sahillərinə çatacağı gözlənilir. Qasırğanın yaxınlaşması ilə əlaqədar Floridada 650 min insan təhlükəsiz ərazilərə təxliyə edilir.   Qeyd edək ki, “İrma” son 10 ilin ən güclü qasırğası sayılır.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>