Sizin link burada

Arda "Qalatasaray"a keçmədi

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan “Qalatasaray”a keçməkdən imtina edib.

 

Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın “AS” nəşri xəbər yayıb.

 

Türkiyəli futbolçunun transfer pəncərəsinin bağlanmasına saatlar qalmış sabiq klubuna keçməkdən imtina etdiyi bildirilir.

 

Bu gün “Qalatasaray”ın Ardanı bir illik icarəyə götürəcəyi haqda xəbər yayılmışdı.

 

Qeyd edək ki, A.Turan 2015-ci ildən "Barselona"da oynayır.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>