"Fənərbaxça"nın keçmiş futbolçusu "Trabzonspor"a keçdi

“Fənərbaxça”ın keçmiş futbolçusu Volkan Şən “Trabzonspor”a keçib.

 

Lent.az-ın “fotomac.com.tr”-yə istinadən məlumatına görə, “qara dənizlilər” bu gün futbolçu ilə 3 illik müqavilə imzalayıb. Volkan Şən “Trabzonspor”a azad agent statusunda keçib. Klub hər ilinə futbolçuya 850 min avro pul ödəyəcək.

 

Qeyd edək ki, Türkiyə millisinin şərəfini qoruyan Volkan Şən ötən il “Fənərbaxça”da keçirib. Bu il hər iki tərəf arasında qarşılıqlı anlaşmaya əsasən klubla futbolçu arasında müqaviləyə xitam verilib. Volkan Şən əvvəllərdə "Trabzonspor"da çıxış edib.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>