Növbəti dopinq qalmaqalı – millimizlə oyuna buraxılmadı

Dünya idmanı daha bir dopinq qalmaqalı ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə qadın voleybolçuların orqanizmində istifadəsi qadağan olunan maddələr tapılıb.
 
Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 ərəfəsində artıq 2 yığma bu xəbərə üzülüb. Hər 2 voleybolçudan Nanjinqdə baş tutan Qran-pridə götürülən analiz müsbət nəticə verib. Belə ki, İtaliya millisinin hücumçusu Miriam Sillanın qanında clenbuterol maddəsi tapılıb. Artıq onun diskvalifikasiya olması da gündəmdədi. 22 yaşlı Silla Azərbaycan millisi ilə keçirilən yoxlama görüşündə də meydana buraxılmayıb.
 
Onun ardınca Serbiya millisinin toppaylayıcısı Ana Antonijeviçin qanında eyni maddə aşkarlanıb. Yerli federasiya 30 yaşlı oyunçunun B testini artıq WADA-ya göndərildiyini açıqlayıb. Nəticənin qarşıdakı günlərdə açıqlanacağı bildirilir.
 
Bunun Nanjinqdə baş tutmuş Qran-pri zamanı yeməkdən keçmə ehtimalının olduğu da müzakirə edilir. İtaliya Voleybol Federasiyası da serbiyalı həmkarları ilə eyni fikirdədi. Onlar da həmin zaman verilən yeməklərin yoxlanılmasının vacibliyini vurğulayıblar.
 
Qeyd edək ki, Avro-2017-nin qrup oyunlarını İtaliya millisi Gürcüstanda, Serbiya Göygöldə keçirəcək. 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>