Hollandiya millisinin hücumçusu “Fənərbaxça”da

“Fənərbaxça” hücum xəttini gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” “Tottenhem”in forvardı Vinsen Yansseni heyətinə cəlb edib.

 

Klublar arasındakı razılığa əsasən, 23 yaşlı oyunçu cari mövsümü icarə əsasında “Fənər”də keçirəcək. Hollandiya millisinin üzvü ilə də hərtərəfli anlaşma əldə edilib. Yanssen bu gün Bakı vaxtı ilə saat 13:30-da İstanbula ayaq basacaq və yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

 

Qeyd edək ki, “Tottenhem” Vinsen Yansseni ötən il 22 milyon avro müqabilində “Alkmar”dan transfer edib. Futbolçu London klubunun heyətində 27 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>