ATƏT PA-da Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

ATƏT Parlament Assambleyasının növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr və diskussiyalar olacaq.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT PA sədri Kristina Muttonen deyib.
 
O qeyd edib ki, PA sessiyalarında üzv ölkələrin nümayəndələri öz ölkələrinin problemlərini qaldırırlar, o cümlədən Azərbaycan nümayəndə heyətinin qaldırdığı bu məsələ də müzakirə olunacaq: “Parlament Assambleyası bir platformadır. Münaqişələr, problemlər, xüsusilə ATƏT məkanında olan münaqişələr bu platformada müzakirə olunur. ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi var və ATƏT bu nümayəndə vasitəsilə problemi diqqətdə saxlayır. Bu məsələ danışıqlardan, debatlardan keçir. Problemin həlli ölkələr arasında kommuikasiyanın, münasibətlərin normallaşmasına gətirib çıxarır ki, bu da müsbət haldır”.
Kristina Muttonen cəbhə xəttinə səfər edib-etməyəcəyi barədə suala cavabında qeyd edib, bu dəfə cəbhə bölgəsinə səfəri gözlənilməsə də, növbəti səfərlərdə bu ola bilər.
 
ATƏT PA sədri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>