Sizin link burada

Meksikada 8 bal gücündə zəlzələ olub -5 nəfər ölüb

Meksikada güclü zəlzələdə 5 nəfər ölüb.
 
APA-nın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, ölənlərdən ikisi uşaqdır.
 
Ölü sayının artacağı gözlənilir.
 
Zəlzələ paytaxt Mexikoda və gigər yerlərdə dağıntılara səbəb olub.
 
Qeyd edək ki, zəlzələ Meksikanın Sakit Okean sahilində baş verib.
 
“Lenta.ru”nun verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, yeraltı təkanların episentri Pijijiapan şəhərinin cənub-qərbindən 96 km məsafədə, ocağı isə 35 km dərinlikdə olub.
 
 
Bildirilir ki, bu, 1985-ci ildə baş verən və minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən də güclü olub.
 
Həmin regionda sunami təhlükəsinin gözlənildiyi ilə bağlı xəbərdarlıq edilib. Honduras, Nikaraqua, Qvatemala, El Salvador, Kosta Rika, Panama və Ekvador kimi bölgələrin də sunamidən təsirsiz ötüşməyəcəyi deyilir.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>